Ceffri Epşteyn işi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Maliyyəçi Ceffri Epşteynin vəkilinin tutduğu özəl detektiv Pol Leyveri 2005-ci ildə Floridadakı malikanədə polis axtarışı aparılmazdan əvvəl oradan bir sıra sübutları çıxarıb.
BAKU.WS xəbər verir ki, bu barədə "ABC News" ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı açıqladığı sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, özəl detektiv evdən bir neçə kompüter, iyirmidən çox telefon kitabçası və seksual xarakterli materiallar da daxil olmaqla çoxsaylı sübutları götürüb.
Qeyd olunur ki, prokurorlar ehtimal ki, Epşteynə qarşı ilk cinayət işi üzrə istintaq zamanı həmin sübutlara çıxış əldə etməyiblər.
Fevralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı sənədlərin dərcini yekunlaşdırıb. Baş prokuror araşdırma materiallarında adları keçən 300 məşhur şəxsin adını açıqlayıb. Siyahıda Donald Tramp, Barack Obama, Bill Klinton, Bill Qeyts, İlon Mask, Kurt Kobain və digər şəxslər var.
Ceffri Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkun Manhetten bölgəsindəki evinə, həmçinin özünə məxsus şəxsi adaya onlarla azyaşlı qızın gətirilməsini təşkil etməkdə ittiham olunurdu. İstintaq müəyyən edib ki, dəvət edilənlər arasında ən kiçiyinin 14 yaşı olub.
2019-cu ilin avqustunda Epşteyn həbsxana kamerasında yarıhuşsuz vəziyyətdə tapılıb və onu xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Moskvada qarın hündürlüyü 84 santimetrə çatıb
Moskvada qar yığınları rekord həddə - 84 santimetrə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovet...