Bütün ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı
Ermənistanda bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi başlanıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zoqrabyan "Sputnik Ermənistan"a bildirib.
Həmçinin II Qareginin ölkədən çıxışına qadağa qoyulub.
Vəkil qeyd edib ki, bu addım keşiş Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq barədə ittihamla əlaqəlidir.
Xatırladaq ki, daha əvvəl məlum olduğu kimi, həmin iş üzrə 6 yüksəkrütbəli din xadiminə ittiham irəli sürülüb və onlara da ölkədən çıxış qadağası tətbiq edilib.
Vəkil bəyan edib ki, bu qərar birbaşa hakimiyyətin Avstriyada keçiriləcək Arxivyerlər Məclisini pozmaq cəhdləri ilə bağlıdır. A.Zoqrabyan katolikosa qarşı irəli sürülən ittihamı hakimiyyət tərəfindən atılmış tarixi və utancverici addım, həmçinin Kilsənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.
Oxşar xəbərlər
Danimarkanın Baş naziri: Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb
Danimarka və ABŞ arasında Qrenlandiyanın mənsubiyyəti ilə bağlı mübahisə həll olunmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Danimarka Baş naziri M...