Bu uçan həşaratlar yaşlanmağın qarşısını ala bilər

İngiltərənin Lester şəhərindəki Lester ictimai tədqiqat universitetinin alimləri qeyri-adi araşdırma aparıblar.
BAKU.WS xəbər verir ki, onlar yaşıl rəngli eşşək arısının qısa müddətli də olsa ömrü artırdığını ortaya çıxarıblar.
DNT metilasiya sistemi...
Bu sistem hüceyrələrin müxtəlif funksiyalara uyğunlaşmasını təmin edən bioloji mexanizmdir və bu mexanizm sayəsində eşşək arıları yetkinlik yaşına çatmamış qocalmanı faktiki olaraq "dondura" bilir.
"Mirror"un məlumatına görə, təcrübələr göstərib ki, bu canlılar erkən bir növ "fasilə" verərək bioloji qocalma prosesini dayandırır və beləliklə də ömrünü üçdə bir artırır.
İnsanlarda bioloji qocalma qırışlar və ya saçların ağarması kimi aşkar simptomlarla müşahidə oluna bilsə də, hüceyrə quruluşunun pozulması kimi digər əlamətlər daha ətraflı testlər vasitəsilə aşkar edilə bilər.
Lester Universitetinin bu araşdırması onurğasızlarda bioloji qocalmanın birbaşa idarə oluna biləcəyinə dair ilk konkret sübutdur.
Alimlər hesab edirlər ki, bu tapıntı həm də insanın qocalmasını anlamaq üçün yeni yollar aça bilər.
Xatırladaq ki, bu həşaratlar ilk dəfə 1998-ci ildə Böyük Britaniyada görülüb.
Qalereya
Oxşar xəbərlər
Slaym oyuncaqları bu səbəbdən təhlükəlidir
Slaym oyuncaqları son bir neçə ildir ki, uşaqlar arasında çox populyardır, lakin onların bəzi təhlükəli tərəfləri var. Bir çox valideyn bu təhlükədən xəbərsizd...