Bu meyvəni yeyən 20-dən çox insan hepatitə yoluxdu

Bu meyvəni yeyən 20-dən çox insan hepatitə yoluxdu
Foto
Dünya 236

Hollandiyada təxminən 24 nəfər hepatit A virusuna yoluxub.

BAKU.WS NOS telekanalına istinadən xəbər verir ki, səbəb qaragilə istehlakı ola bilər.

Telekanalın məlumatına görə, 16-77 yaş arasında olan 13 kişi və 11 qadın hepatitə yoluxub. Onların hamısı 2024-cü ilin noyabrından 2025-ci ilin fevralına qədər xəstələnib, 8 nəfər xəstəxanaya yerləşdirilib. Ehtimal olunur ki, bütün qurbanlar hepatitlə çirklənmiş dondurulmuş "Albert Heijn" qaragiləsini yeyiblər.

Xəstəliyin daha da yayılması gözlənilmir, çünki onun inkubasiya dövrü orta hesabla 28 ilə 50 gün arasındadır.

Yanvar ayında "Albert Heijn" dondurulmuş qaragilələri hepatit A virusu ilə yoluxmuş ola biləcəyi üçün ölkə supermarketlərində satışdan çıxarmaq qərarına gəlib.

Son xəbərlər