Britaniyada sahilə çoxsaylı qorxunc canlılar çıxıb
Böyük Britaniyanın Stadlend kəndində yerləşən çimərlikdə qeyri-adi molyusklar aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Bournemouth Daily Echo" nəşri yazıb.
Sahilə çoxlu sayda açılmış balıqqulaqları çıxıb və onların içindən çürümüş bananı xatırladan uzunsov bədənlər sallanıb. Qorxunc görünüşlü canlılar "su samuru balıqları" adlanan ikiçarpaq molyusklar -"Lutraria" cinsinə aid növlər kimi müəyyən edilib.
Adətən bu molyusklar dənizin dibində yaşayır. Onların sahilə çıxmasına səbəb güclü küləklər olub. Qalxan dalğalar onurğasızları dəniz dibindən qopararaq dayaz sulara və sahilə çıxarıb. Ehtimal olunur ki, tapılan molyuskların yaşı təxminən yeddi ildir.
Dorset qraflığında vəhşi təbiətin mühafizəsi ilə məşğul olan "Dorset Wildlife Trust" təşkilatının əməkdaşları bildiriblər ki, bu cür hadisələr tez-tez baş vermir. Sonuncu dəfə oxşar hal 2018-ci ildə müşahidə olunub.
Qalereya
Oxşar xəbərlər
Hindistanda daşqın qurbanlarının sayı 78-ə yüksəldi
Hindistanın şimal-şərqində yerləşən Assam ştatında baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə...