Britaniyada meşə yanğınlarında 10 nəfər xəsarət alıb
İngiltərənin Vest-Midlends qraflığının Staurbric şəhərində irimiqyaslı meşə yanğını tüğyan edir və bunun nəticəsində 10-a yaxın insan xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın gündüz saatlarında qolf meydançasının yaxınlığındakı otluq ərazidə başlayıb və isti hava səbəbindən sürətlə yaşayış evlərinə yayılıb.
Vest-Midlends Yanğınsöndürmə Xidmətinin məlumatına görə, onlardan bəziləri tamamilə yanıb kül olub, alovla mübarizə davam edir. Həmçinin bildirilir ki, evlərini tərk etmək məcburiyyətində qalan sakinlər üçün şəhər ratuşasında müvəqqəti sığınacaq mərkəzi yaradılıb.
Qeyd olunur ki, yanğının söndürülməsinə 60-a yaxın yanğınsöndürən və 12 yanğınsöndürən maşın cəlb edilib. Şəhərə aparan yollar qismən bağlanıb, kilometrlərlə uzunluğunda tıxaclar müşahidə olunur.
Son məlumatlara görə, üç yanğınsöndürən və bir uşaq xəstəxanaya yerləşdirilib, tüstüdən zəhərlənən daha altı nəfərə isə yerindəcə yardım göstərilib.
"National Highways" Vest-Midlendsdəki yanğınla əlaqədar M6 avtomagistralında təxminən iki saatlıq ciddi gecikmələr barədə xəbərdarlıq edir.
Avtomagistral J5 (Kasl-Bromviç) və J6 (Birmingem-mərkəz) qovşaqları arasındakı hissədə şimal istiqamətində bağlanıb.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, Onti-Con-Leyn, Reyskors-Leyn və Storbric-Roud küçələrinin yaxınlığındakı bir neçə ərazidə evlərə ziyan dəyib.
Oxşar xəbərlər
İtaliyada sursat istehsalı müəssisəsində partlayış baş verib
İtaliyada Roma yaxınlığında orta və iri çaplı sursat istehsal edən müəssisədə partlayış baş verib. BAKU.WS xəbər verir ki, bu barədə ANSA məlumat yayıb. Hadisə...