Britaniya kraliçası təcavüzçünü belə zərərsizləşdirib
1960-cı illərin əvvəllərində Böyük Britaniyanın gələcək kraliçası Kamilla qatardakı hücumdan sağ çıxıb və təkbaşına mübarizə apara bilib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" qəzeti "Times"in keçmiş müxbiri Valentin Lounun "Güc və Saray" kitabına istinadən yazıb.
Müəllif qeyd edib ki, o zaman Kamillanın 16-17 yaşı var idi. Səyahət zamanı tanımadığı şəxs ona sataşmağa və toxunmağa başlayıb.
Daha sonra Kamilla xatırlayır ki, o, anasının ona öyrətdiyi kimi etdi: ayaqqabısını çıxarıb, dabanı ilə kişini ayaqlarının arasından vurub.
Qatar Londona çatanda qız vağzaldakı işçiyə üz tutub, başına gələnləri danışıb və işarə ilə təcavüzkarı göstərib. Nəşr xəbər verir ki, həmin şəxs yerindəcə saxlanılıb.
Oxşar xəbərlər
Ermənistanda məhbus məhkəmə binasından qaçdı
Ermənistanda məhkum Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat y...