Braziliyada meteor müşahidə olunub – "Alov topu"na çevrilərək külə döndü
Braziliyadan qeydə alınan görüntülərdə meteoritin göy üzündə yaratdığı təsir diqqət çəkib. Meteor Rio Qrande do Sul ştatı üzərində atmosferə daxil olub və sürətlə hərəkət edərək yanmağa başlayıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, görüntülərdə bir anda göyü yaşıl rəngə boyayan meteorit "alov topu"na çevrilib. Saniyələr içində isə külə dönərək tamamilə yox olub.
Həmin anlar Braziliyada yerləşən bir kosmik müşahidə mərkəzinin kameraları tərəfindən qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, bu, son 5 ildə Braziliya üzərində atmosferə daxil olan ən böyük göy cismi olub. Hazırda meteor parçalarının yerini müəyyənləşdirmək üçün axtarış işlərinə başlanılıb.
Oxşar xəbərlər
Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib və bildirib ki, təşkilata üzv ölkələrin böyük əksəriyyəti tərəfind...