Bodrumda Celal Şengörə qarşı etiraz aksiyası keçirilib
Türkiyədə tarixçi alim Celal Şengörə qarşı etiraz keçirilib.
BAKU.WS xəbər verir ki, o Bodrumda Herodot Mədəniyyət Mərkəzində "Egey dənizində zəlzələ fırtınası" adlı konfransa qatılacaqmış.
Lakin konfransdan əvvəl çıxışa 5 dəqiqə qalmış Celal Şengörə qarşı etiraz aksiyası keçirilib.
Aksiyaçılar alimin xain olduğunu bildiriblər.
"Celal Şengör, gözümüzdə bir xaindir. Ölkənin bir çox dəyərlərini təhqir edib. Ölülərin arxasından danışdı. Bodrumun inqilabi dəyərlərinə zidd olan bu dəvətləri rədd edirik. Bodrum, tarix boyu mütərəqqi və inqilabi dəyərləri ilə tanınan bir şəhər olub" - deyə etirazçılar qeyd ediblər.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
PKK bütün qüvvələrini Türkiyədən çıxardığını elan etdi
PKK terror təşkilatı Türkiyədəki fəaliyyətlərini tamamilə dayandırdığını açıqlayıb. Bu barədə "Haber Global" məlumat yayıb. İyulun 11-də Şimali İraqda silahları...