Beyonsdan yanğınlardan əziyyət çəkənlərə REKORD İANƏ
14
yan
2025
09:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Beyons Los-Ancelesdə meşə yanğınlarından əziyyət çəkənlərə rekord məbləğdə ianə bağışlayıb.
BAKU.WS "Dail Mail"ə istinadən xəbər verir ki, bu 2.5 milyon dollardır. Sözügedən vəsait təbii fəlakət zamanı evi yanan Los-Anceles sakinlərinə təqdim ediləcək.
Bu barədə "LA Yanğın Yardım Fondu"nun əməkdaşları məlumat yayıb.
Xatırladaq ki, ABŞ-ın Los-Anceles şəhərində baş verən yanğınlarda ölənlərin sayı 24-ə çatıb.
Səlahiyyətli şəxslər yanğının geniş əraziyə yayılmasına səbəb olan küləyin yenidən güclənəcəyi barədə xəbərdarlıq edib.
Qalereya
Oxşar xəbərlər
Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı
Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaronun həyat yoldaşı və qızları ilə birlikdə ölkəni tərk edərək ABŞ-yə getdiyi iddia olunur....