Bakıda səfərdə olan məşhur türkiyəli müğənni: "Sizin məmləkəti çox sevirəm"
 
                            Türkiyəli müğənni, aktyor Cem Belevi və astroloq Duyğu Dəmir azərbaycanlı jurnalist Nərmin Balayevanın təqdimatında Türkiyənin "Haber Global" telekanalında yayımlanan "Yeni ilə özəl" verilişinin qonağı olublar.
Verilişdə yaradıcılıq planlarından danışan müğənni Cem Belevi bir müddət əvvəl səfər etdiyi Bakı barədə təəssüratını da bölüşüb.
"Mən sonuncu dəfə Bakıya beş il əvvəl səfər etmişdim. Sonuncu səfərim zamanı isə çox böyük fərq gördüm. Şəhərdə inkişaf dərhal gözə çarpır. Küçələr xüsusən diqqətimi çəkdi, hər yer çox təmiz idi. Küçələrdə izdiham olsa da, idarə olunan, nizamlı bir sıxlıqdır. Sizin məmləkəti çox sevirəm, əslində ora həm də bizim məmləkətdir", - deyə Cem Belevi vurğulayıb.
Verilişin davamında sənətçi məşhur "Ayrılıq" mahnısından bir parçanı da ifa edib.
Oxşar xəbərlər
MOSSAD-ın yeni rəhbəri Belarusda doğulmuş general Hofman ola bilər
İsrailin baş naziri Benyamin Netanyahunun hərbi katibi vəzifəsində çalışan general-mayor Roman Hofman ölkənin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın növbəti rə...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
                             
                     
                     
                     
                     
                    