"Bahar" yeni adı ilə ekranlara qayıdır

Ötən mövsüm yayımlanan və reytinq rekordu qıran "Bahar" serialında dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, layihənin əvvəlki adı "Bahar: Uyanmaya Hazır Mısın?" idi. Yeni mösümdən isə serial "Bahar: Kalbini Dinlemeye Var Mısın?" adlanacaq.
Ekran işinin yeni yayımlanan fraqmanında Bahar üçün parti təşkil edilir.
Bahar və Timur arasındakı mübahisələrin yeni mövsümdə də davam edəcəyinə dair ilk məlumatlar var.
Peran Vakıf Xəstəxanasına gələn Süreyyanın (Büşra Pekin) kim olduğu və gələcək bölümlərdə süjet xəttinin gedişatına necə təsir edəcəyi böyük maraq doğurub.
Xatırladaq ki, serialda Demet Evgar, Buğra Gülsoy, Mehmet Yılmaz Ak, Ecem Özkaya, Elçin Afacan, Füsun Demirel, Elit Andaç Çam, Demirhan Demircioğlu, Nil Sude Albayrak, Alisa Sezen Sever, Hasan Şahintürk, Sena Mia Kalıp və Hatice Aslan kimi aktyorlar yer alıblar. Layihənin rejissoru Neslihan Yeşilyurtdur.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə böyük əməliyyat - Vəzifəli şəxslər həbs edildi
Türkiyədə Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar, Büyükçekmece bələdiyyə sədrinin müavini Əhməd Şahin və sürücüsü Sonkan Turan həbs edilib. BAKU.W...
