"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
Danışıqlar prosesində heç bir irəliləyiş olmazsa, ABŞ administrasiyası yaxın günlərdə İrana qarşı hərbi əməliyyatlara yenidən başlaya bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, şənbə günü ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hörmüz boğazındakı son gərginliyi və İranla danışıqları müzakirə etmək üçün görüş keçirib.
ABŞ-ın yüksək vəzifəli rəsmisi portala bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş olmasa, yaxın günlərdə müharibə yenidən başlaya bilər.
Görüşdə vitse-prezident Cey Di Vens, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Pentaqon katibi Pit Hegset, Dövlət Katibi Marko Rubio, Ağ Ev Aparatının rəhbəri Syuzan Vayls, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff və ABŞ-nin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iştirak edib.
Oxşar xəbərlər
Qalibaf: Hörmüz boğazı İranın nəzarəti altındadır
Hörmüz boğazı İranın nəzarəti altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib. "ABŞ-nin minada...