Avropada işləməyən və vergi ödəməyən qaçqınları Ukraynaya qaytarmağı təklif edirlər - Zelenski
Avropada bəzi məmurlar işləməyən və vergi ödəməyən qaçqınların Ukraynaya qaytarılmasını təklif edirlər.
BAKU.WS xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimr Zelenski çıxışında deyib.
O, qeyd edib ki, bəzi Avropa ölkələri Ukraynaya deyir ki, işləməyən və vergi ödəməyən Ukrayna vətəndaşlarını geri alsın.
Ukraynanın dövlət başçısı çıxışı zamanı avropalı tərəfdaşlarına Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib.
Zelenski qeyd edib ki, əgər Ukrayna hava hücumundan müdafiə üçün əlavə qüvvələr alarsa, o zaman o, Avropa ölkələrindəki ukraynalılara müraciət etməyə hazırdır ki, onların hamısı Ukraynaya qayıtsın.
Oxşar xəbərlər
Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin qəzası ilə bağlı bütün texniki ekspertizalar əldə edilib
Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nə...