Avropa liderləri Si Cinpinlə görüşmək üçün Pekinə gedəcəklər
Avropa İttifaqının (Aİ) liderləri Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarını Çin Xalq Respublikasının sədri Si Cinpinlə müzakirə etmək üçün Pekinə səfər etməyi planlaşdırırlar.
BAKU.WS xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, Si Cinpin Brüsselə getmək istəmədiyi üçün Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Çin lideri ilə şəxsən görüşmək istəyirlərsə, Pekinə getməli olduqları qənaətinə gəliblər.
Bildirilir ki, Çin–Aİ sammiti bu ilin iyul ayında keçirilə bilər. Tərəflər ABŞ siyasəti fonunda ticarət əməkdaşlığının necə bərpa ediləcəyini müzakirə edəcəklər.
Buna qədər "Reuters" agentliyi məlumat vermişdi ki, Avropa İttifaqı və Çin elektromobillərə qarşı rüsumlar əvəzinə minimal qiymətlərin müəyyən edilməsi ilə bağlı danışıqlara başlayıblar. Agentliyin məlumatına görə, Aİ-nin ticarət üzrə komissarı Maroš Şefçoviç yaxınlarda Çin Xalq Respublikasının ticarət naziri Van Ventao ilə bu məsələni müzakirə edib və hər iki tərəf minimal qiymətlərin tətbiqi imkanını nəzərdən keçirməyə razılaşıb.
Oxşar xəbərlər
Venesuelada çox sayda məhkum azad ediləcək
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes həbsdə olan çox sayda məhkumların azad edilməsi ilə bağlı qərar qəbul edildiyini bildirib. BAKU.WS "Report"...