Astanada "Sarıarka" ticarət mərkəzində güclü YANĞIN

Astanada Sarıarka ticarət mərkəzində güclü YANĞIN
Video
Dünya 95

Qazaxıstanın Astanada şəhərindəki "Sarıarka" ticarət və əyləncə mərkəzində yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) yanğının Turan prospektində yerləşən ticarət mərkəzində baş verdiyini təsdiqləyib.

Hadisə yerində xilasedicilər gücləndirilmiş rejimdə işləyirlər.

Bildirilib ki, alov ticarət mərkəzinə bitişik iki mərtəbəli tikili və binanın fasadına yayılıb. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər