"Artemis II" missiyasının heyəti Yerə qayıtdı

Artemis II missiyasının heyəti Yerə qayıtdı
Foto
Dünya 33

ABŞ-nin NASA tərəfindən həyata keçirilən Artemis II missiyasında iştirak edən Orion kosmik gəmisinin heyəti Yerə uğurla qayıdıb.

BAKU.WS xəbər verir ki, astronavtların eniş anı qurumun rəsmi YouTube platformasında canlı yayımlanıb.

Eniş Bakı vaxtı ilə saat 04:07-də baş tutub - ekipaj paraşüt sisteminin köməyi ilə San Diego sahilləri yaxınlığında Sakit okeana düşərək missiyanı təhlükəsiz şəkildə tamamlayıb.

Bildirilir ki, kapsul tam şəkildə xilasetmə qrupuna təhvil verilməzdən öncə mütəxəssislər tərəfindən əlavə texniki yoxlamalar aparılıb. Daha sonra aparat ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS John P. Murtha gəmisinə götürülüb.

Qeyd edək ki, missiyada Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen yer alıblar.

Son xəbərlər