Apple-dan Çinə ağır ZƏRBƏ: iPhone istehsalı Hindistana köçürülür
ABŞ və Çin arasında gömrük vergisi savaşı davam edərkən texnologiya nəhəngi Apple-dan Pekin administrasiyasına güclü bir zərbə gəlib. Şirkət gələn ildən etibarən ABŞ-də satılan bütün iPhone-ların yığılmasını Hindistana köçürməyi planlaşdırır.
BAKU.WS Financial Times-a istinadən xəbər verir ki, Apple şirkəti artan ticarət gərginlik fonunda ABŞ bazarı üçün nəzərdə tutulan iPhone modellərinin yığımını Çindən Hindistana keçirməyi qərara alıb.
Bu qərar ABŞ-lə Çin arasındakı ticarət qarşıdurmasının dərinləşməsi fonunda Apple-ın Çinə olan asılılığını azaltmaq istəyi ilə əlaqələndirilir. ABŞ-nin keçmiş prezidenti Donald Trampın Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq etməsi tərəflər arasında gərginliyi artırıb və Apple-ın istehsal siyasətinə birbaşa təsir göstərib.
Apple-ın bu qərarında Hindistanın texnologiya şirkətlərini cəlb etmək üçün verdiyi stimullar və ölkədəki sənaye infrastrukturunun inkişaf etdirilməsi də mühüm rol oynayıb. Qeyd edək ki, iPhone modelləri artıq Foxconn şirkəti vasitəsilə Hindistanda geniş miqyasda yığılır.
Apple-ın bu addımının Çinin elektronika bazarındakı hegemoniyasına ciddi zərbə vuracağı gözlənilir. Hindistanın Apple kimi nəhəng texnologiya şirkətləri üçün daha cəlbedici bir istehsal mərkəzinə çevrilməsi Çinin sektordakı liderliyini risk altına sala bilər.
Oxşar xəbərlər
KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ-nin keçmiş prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların hərbi rəsmilərinin telefon dan...