"Apple" bu tarixdə bir neçə yeni məhsulunu təqdim edəcək
"Apple" mart ayının ilk həftəsində bir neçə yeni məhsulunu elan etməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, şirkət jurnalistləri və kontent yaradıcılarını 4 mart tarixində Nyu-York, London və Şanxayda eyni vaxtda keçiriləcək "Special Apple Experience" adlı tədbirə dəvət edib.
Bildirilir ki, təqdimatlar 2-4 mart tarixləri arasında mərhələli şəkildə baş tuta bilər. Gözlənilir ki, ənənəvi onlayn təqdimat əvəzinə yeniliklər "Apple Newsroom" platformasında press-reliz formatında yayımlanacaq.
Bununla yanaşı, hər bir cihaz üçün qısa təqdimat videolarının hazırlanacağı istisna edilmir. Rəsmi elanlardan sonra dəvət olunmuş media nümayəndələri məhsulları yerində test etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, "Apple" oxşar təqdimat formatından daha əvvəl - 2019-cu ilin martında və 2024-cü ilin oktyabrında da istifadə edib. Həmin vaxt yeni məhsullar bir neçə gün ərzində ardıcıl şəkildə təqdim olunmuşdu.
Gözlənilən yeniliklər arasında "iPhone" səviyyəli çiplə təchiz olunmuş, 12,9 düymlük displeyə və yeni korpus rənglərinə sahib büdcə seqmentli MacBook-un adı çəkilir. Bundan əlavə, A19 prosessoru, "MagSafe" dəstəyi və yenilənmiş simsiz çiplərlə təchiz olunacağı bildirilən "iPhone 17e" modelinin də təqdim ediləcəyi ehtimal edilir. ABŞ bazarında bu modelin başlanğıc qiymətinin təxminən 599 dollar olacağı gözlənilir.
Eyni zamanda "iPad Air" modelinin M4 çipinə keçəcəyi, baza iPad versiyasının daha müasir prosessorla yenilənəcəyi bildirilir. "MacBook Air", "MacBook Pro" və "Mac Studio" modellərinin isə M5 seriyalı yeni nəsil prosessorlar və daha sürətli SSD yaddaş dəstəyi ilə təqdim oluna biləcəyi qeyd edilir.
Mümkün yeniliklər sırasında mini-LED arxa işıqlandırmaya və daha yüksək yenilənmə tezliyinə malik yeni "Studio Display" monitoru, fərdiləşdirilmiş "Siri" və "Apple Intelligence" dəstəyi olan ev üçün "ağıllı" mərkəz, həmçinin HomeKit dəstəkli təhlükəsizlik kamerası da yer alır. Hələlik yeni "Apple TV" və "HomePod" mini modellərinin təqdim olunacağı təsdiqlənməyib.
Oxşar xəbərlər
Xəstəyə döş qəfəsində canlı həşərat var deyildi, amma…
Keniyada dövlət xəstəxanasında rentgen çəkilən xəstəyə, görüntüdə döş qəfəsində canlı böcək olduğu bildirildi. Xəstəyə müalicə üçün Sinqapura getməsi tövsiyə ed...