Antarktidada dünyanın ilk buzlaq sığınacağı açılıb
Alimlər Antarktidada dünyada ilk dəfə yaradılan "Buz Yaddaşı Sığınacağı"nı istifadəyə veriblər. Yeni mərkəzdə qlobal istiləşmə səbəbindən sürətlə əriyən dağ buzlaqlarından götürülən qədim buz nümunələri uzun müddət qorunacaq.
BAKU.WS xəbər verir ki, Avropa Alplarındən Mont Blan və Grand Kombin buzlaqlarından çıxarılan ümumilikdə 1,7 ton çəkidə iki buz nüvəsi sığınacaqda saxlanılan ilk nümunələr olub. Nümunələr İtaliyanın Triyest limanından yola salınaraq təxminən 50 gündən sonra Antarktidaya çatdırılıb.
Sığınacaq Antarktidanın mərkəzində, 3 200 metr yüksəklikdə yerləşən Konkordiya Stansiyasında, yer səthindən 10 metr dərinlikdə qurulub. Təbii şərait hesabına burada temperatur sabit olaraq mənfi 52 dərəcə saxlanılır və mexaniki soyutma sisteminə ehtiyac yaranmır.
Alimlər bildirirlər ki, buz nümunələri minilliklər əvvələ aid iqlim məlumatlarını özündə əks etdirir və gələcəkdə iqlim dəyişikliklərinin daha dərindən öyrənilməsinə imkan verəcək. Layihə çərçivəsində gələcək illərdə And dağları, Himalaylar və Tacikistan bölgələrindən götürülən buz nümunələrinin də sığınacağa əlavə olunması planlaşdırılır.
Qeyd olunur ki, sığınacağın Antarktidada yerləşməsi həm iqlim baxımından üstünlük yaradır, həm də siyasi neytrallığı təmin edərək nümunələrin yalnız elmi məqsədlərlə istifadəsinə şərait yaradır.
Oxşar xəbərlər
Rusiyada xəstəxanalarda doğuş prosesi lentə alına bilər
Rusiyada pasiyentlərin təhlükəsizliyini təmin etmək məqsədilə doğuş prosesinin məcburi və fasiləsiz videoya çəkilməsi təklifi irəli sürülüb. Lakin həkimlərin fi...