Amerikalı milyarder vəzİfədən imtna edib - SƏBƏB
Amerikalı biznesmen Vivek Ramasvami ABŞ Hökumətinin Səmərəliliyi Artırması üzrə Departamentinin (DOGE) həmsədri vəzifəsindən sahibkar İlon Maskla fikir ayrılığı səbəbindən imtina edib.
Bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin iddiasına görə, Ramasvami və Mask arasında yeni departamentin necə işləməli olduğu məsələsində dərin fəlsəfi fikir ayrılığı yaranıb.
Məlumata görə, Ramasvami DOGE-ni qeyri-hökumət qurumu və ya özünəməxsus analitik mərkəz kimi təsəvvür edib. O, depratamentin ABŞ Konqresinin müvafiq tədbirlər görməsinə ehtiyac olmadan bəzi dövlət qurumlarını bağlamaq yollarını araşdırmasını istəyib.
Mask isə əksinə, qurumun işinə daha çox texnoloji baxımdan yanaşmağa maraq göstərib. Bu fikir ayrılığı Vivek Ramasvamini yeni prezident Donald Trampın administrasiyasında vəzifədən imtina etməyə məcbur edib.
2024-cü il noyabrın 13-də Tramp elan etmişdi ki, andiçməsindən sonra Mask və Ramasvami DODGE-ni idarə edəcəklər. Bu qurumun əsas məqsədi dövlət idarələrində artıq tənzimləmələrdən qurtulmaq və ABŞ büdcəsinin xərclərini azaltmaq olmalı idi.
Oxşar xəbərlər
Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statist...