Almaniya helikopter və raketlər almaq üçün 3 milyard avrodan çox pul xərcləmək niyyətindədir
Almaniya parlamenti (Bundestaq) ordu üçün silah alınmasına 3 milyard avrodan çox ayrılmasını təsdiqləmək niyyətindədir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu böyük satınalma çərçivəsində ABŞ şirkəti "Airbus"dan 20 yüngül döyüş helikopterinin alınması planlaşdırılır.
Helikopterlərin dəyəri təxminən 1 milyard avro təşkil edəcək. Həmçinin Almaniya müdafiə nazirliyi 100 min gecə görüş cihazı almaq istəyir ki, bu cihazlara daha bir milyard avro xərclənəcək. Bundan əlavə, nazirlik zenit raketlərinin də satin alınmasını təsdiqləmək niyyətindədir. Bu raketlərin dəyəri təxminən 1.2 milyard avro təşkil edəcək.
Məlumata görə, bu məsələ ilə bağlı səsvermə noyabrın 12-si qapalı iclasda keçirilməlidir.
Oxşar xəbərlər
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. BAKU.WS "Report"a istinadən xəbər verir k...