Alimlər xəbərdarlıq edir - Gec yatmayın, əks halda...
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər gec saatlarda yatan insanların bədən kütləsi indeksinin erkən yatanlara nisbətən daha yüksək olduğunu müəyyən ediblər. O cümlədən belə adamlarda 2-ci növ diabet riskinin 46 faiz daha çox olduğu bildirilib.
BAKU.WS xəbər verir ki, "EurekAlert" saytının məlumatına görə, niderlandlı alimlər araşdırmaya qatılan, orta yaşlı, bədən kütlə indeksi 30 olan 5 mindən çox insanın yuxu və oyanma saatlarını qeyd edərək, yuxularının orta nöqtəsini hesablayıblar.
Müvafiq olaraq, tədqiqatçılar iştirakçıları yuxu və oyanma saatlarına görə 3 kateqoriyaya ayırıblar. Bunlar 20 faiz erkən xronotip, 20 faiz gec xronotip və 60 faiz orta xronotipdir.
Bütün iştirakçıların bədən kütləsi indeksini hesablamaqla yanaşı, onlardan qaraciyəri kimi daxili orqanların yağ tərkibini də ölçüblər.
Müvafiq olaraq, yaş, cins, bədənin yağ faizi və həyat tərzi kimi şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, 2-ci növ diabet gec yatanlarda 46 faiz yüksəkdir.
Tədqiqatın müəllifi Jeroen van der Velde verdiyi açıqlamada, "Gecikmiş xronotipləri olan insanlar axşam saatlarında yemək yeməyə daha çox meyllidirlər" deyə bildirib.
Axşam müəyyən vaxtdan sonra yemək yeməməyin metobolizmaya faydalı olduğu qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...