Alimlər "mənfi zaman" fenomenini sübut etdi

Alimlər mənfi zaman fenomenini sübut etdi
Dünya 138

Toronto Universitetinin tədqiqatçıları öz təcrübələrində "mənfi zaman" fenomenini müşahidə etdiklərini açıqladılar.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, işığın bəzən maddəyə daxil olmamışdan əvvəl onun içindən çıxmış kimi göründüyü bu vəziyyət kvant fizikasında yeni bir mübahisəyə səbəb olub.

Elm adamları çoxdan bilirdilər ki, işığın bəzən materialı içəriyə girmədən tərk etdiyi görünür.

Ancaq bu, dalğaların maddə tərəfindən necə təhrif edildiyinə görə çox vaxt bir illüziya kimi izah edilirdi.

Toronto Universitetinin tədqiqatçıları yeni bir araşdırmada "mənfi zaman" fenomeninin fiziki bir reallıq olduğunu ortaya çıxardıqlarını iddia edirlər.

Tədqiqatçılar işıq hissəcikləri (fotonlar) və atomlar arasındakı qarşılıqlı əlaqəni araşdıraraq bu nəticəyə gəliblər.

Fotonlar atomlardan keçərkən bəziləri atomlar tərəfindən udulur və yenidən yayılır. Bu qarşılıqlı təsir atomları müvəqqəti olaraq daha yüksək enerji vəziyyətinə gətirir.

Daniela Anqulonun rəhbərlik etdiyi qrup atomların bu həyəcanlı vəziyyətdə nə qədər qaldığını ölçəndə təəccüblü bir nəticə əldə ediblər: Bu dəfə mənfi idi. Yəni, atomlar fotonları udmazdan əvvəl həyəcanlanmış vəziyyətdən çıxmış kimi görünürdü. Tədqiqatçılar vurğulayırlar ki, bu tapıntılar zamana səyahət demək deyil. Aephraim Steinberg, "Biz zamanda geriyə gedən bir şey demək istəmirik. Bu, yanlış şərhdir" deyə izah verib.

Tədqiqatçılar bu tapıntıların Eynşteynin xüsusi nisbilik nəzəriyyəsini pozmadığını da bildirirlər.

Heç bir şeyin işıqdan daha sürətli hərəkət edə bilməyəcəyini ifadə edən bu nəzəriyyə məlumat daşımayan fotonlar üçün keçərli deyil.

"Mənfi vaxt" anlayışı elmi ictimaiyyətdə həm maraq, həm də şübhə ilə qarşılanıb. Alman fiziki Sabine Hossenfelder kimi bəzi elm adamları bu tapıntıların zamanın keçməsi ilə əlaqəli olmadığını iddia edirlər.

"Mənfi zaman" fenomeninin praktik tətbiqləri hələ aydın deyil. Bununla belə, bu tapıntılar bizə kvant hadisələrini daha yaxşı anlamağa və yeni texnologiyalar inkişaf etdirməyə kömək edə bilər.

Son xəbərlər