Alimlər Konqoda naməlum xəstəliyin mənşəyini müəyyən ediblər
Konqo Demokratik Respublikasında naməlum xəstəliyin yayılması, kəskin qida çatışmazlığı kontekstində malyariya ilə ağırlaşan ümumi mövsümi xəstəliklərdən qaynaqlanır.
"Report"un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilən hesabatda deyilir.
Xəstəliyin törədicisi AH1N1 qrip virusu və SARS-CoV-2 koronavirusudur.
Dekabrın 27-də Konqo Demokratik Respublikasının Milli Biotibbi Tədqiqatlar İnstitutu bildirib ki, söhbət mürəkkəb koinfeksiya hadisəsindən - bir hüceyrənin bir neçə növ virusla yoluxmasından gedir.
Alimlər müəyyənləşdiriblər ki, Afrika ölkəsində bu payızda müəyyən edilən xəstəliyin törədicisi AH1N1 qrip virusu və malyariya patogenləri ilə qarşılıqlı təsir göstərən SARS-CoV-2 koronavirusudur.
Dekabrın əvvəlində ÜST, Konqod oktyabrın 24-dən bəri 400-dən çox insanın naməlum virusa yoluxduğunu, onlardan 30-dan çoxunun sağ qalmadığını bildirib. Xəstəliyin əsas əlamətlərinə qızdırma, baş ağrısı, burun axması, öskürək və bədən ağrıları daxildir. Ağır hallarda ciddi halsızlıq müşahidə olunur. Ən çox yoluxma hallarına əsasən beş yaşına qədər olan uşaqlarda rast gəlinir.
Oxşar xəbərlər
"Haber Global": Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər
Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" televiziya kanalının saytında dərc olunan "Für...