Aktrisa Sofi Nayvayd 24 yaşında vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı kino və serial aktrisası Aktrisa Sofi Nayvayd 24 yaşında vəfat edib. O, 25 yaşına az qalmış dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə mərhumun ailəsinin yaydığı açıqlamaya istinadən The Hollywood Reporter (THR) portalı məlumat yayıb. Bildirilib ki, aktrisa aprelin 14-də vəfat edib.
Qeyd edək ki, Sofi Nayvayd 2000-ci il iyulun 8-də ABŞ-nin Vermont ştatında anadan olub. O, ekran karyerasına cəmi 6 yaşında - "Bella" adlı melodramda debüt rolu ilə başlayıb.
Gənc aktrisanın filmografiyasında ondan çox layihə yer alıb. O, xüsusən "Cessika Alba" ilə birgə rol aldığı "Gizli işarə" filmində anası xərçəngdən ölən qızı canlandırması ilə tanınıb.
Bundan əlavə, Nayvayd "Mamoт", "Nuh", "Marqo toyda", "Qanun və qayda" kimi filmlərdə və seriallarda da çıxış edib.
Tənqidçilər Sofi Nayvayda parlaq ekran gələcəyi proqnozlaşdırırdı. Onun vaxtsız ölümü sənət dünyasında dərin kədər doğurub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...