Ajda Pekkanın 32 il əvvəlki açıqlaması gündəm oldu
Məşhur müğənni Ajda Pekkanın plastik əməliyyatlarla bağlı illər əvvəlki müsahibəsi yayılıb.
BAKU.WS xəbər verir ki, o 1993-cü ildə müğənni Sezen Aksunun verilişinə qonaq olarkən gözəl görünmək üçün plastik əməliyyatların vacib olduğunu qeyd edib.
"Çoxlu plastik əməliyyat etdirmək mənim əlimdə deyil. Yolda xanım ya bəy kimi görsəm, onun plastik əməliyyata ehtiyacı varsa bunu mütləq ona bildirərəm. Bu mənim yaradıcı tərəfimdir. Əgər onun bir qüsuru varsa "Kaş tanış olaydı ona bunu bildirərdim" deyirəm.
Plastik əməliyyatlara marağım çoxdur. Bəlkə də bu səbəbdəndir ki, çoxlu əməliyyatlar etdirmişəm"- deyə o bildirib.
Müsahibədən də görünür ki, bu günə qədər bir çox plastik əməliyyat etdirən ifaçı 32 il əvvəl də eyni fikirdə olub.
Oxşar xəbərlər
KİV: Pentaqon Donald Trampa Venesuelaya qarşı hərbi əməliyyat planlarını təqdim edib
ABŞ hərbçiləri Amerika lideri Donald Trampa Venesuelaya qarşı yerüstü hədəflər zərbələr də daxil olmaqla mümkün hərbi əməliyyatların yenilənmiş planlarını təqdi...