Ağ Evdən həyəcan siqnalı: Tramp hücum variantını masaya qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana kütləvi zərbə endirmək imkanını nəzərdən keçirdiyini bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, "Axios"a verdiyi müsahibədə bildirib.
Tramp dəqiqləşdirib ki, belə bir qərarı qəbul etməyə çox yaxındır.
"Mən əvvəllər heç vaxt olmadığı qədər böyük miqyasda kütləvi hücum imkanını nəzərdən keçirirəm. Qərar qəbul etməyə çox yaxınam. Hər birimiz buna hazırıq", - deyə ABŞ prezidenti vurğulayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, əgər o xahiş edərsə, İsrail "iki dəqiqə ərzində" yeni hücumlar üçün qoşulacaq. Lakin Tramp əlavə edib ki, yeni əməliyyatlar üçün ABŞ-nin heç kimə ehtiyacı yoxdur.
Oxşar xəbərlər
"Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır
ABŞ və İran münaqişənin tam dayandırılması ilə bağlı danışıqlarda mümkün irəliləyişə yaxınlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomber...