Ağ Evdən gələn ziddiyətli fikirlər: İnvestorlar nə düşünürlər?
"İran faktiki olaraq darmadağın edilib. Ən çətin hissə artıq geridə qalıb. Ona görə də bundan sonrası asan olmalıdır. Hər halda bu münaqişə bitəndə Hörmüz boğazı öz-özünə yenidən açılacaq. Onlar neft satmaq istəyəcəklər. Çünki ölkəni yenidən qurmaq üçün yalnız buna sahibdirlər. Hərəkət yenidən bərpa olunacaq və qaz qiymətləri sürətlə aşağı düşəcək".
Tramp Ağ Evdə səsləndirdiyi bu sözlərlə Amerika Birləşmiş Ştatlarının hərbi üstünlüyünü vurğulamaqla yanaşı, həm də iqtisadi panikanı idarə etməyə çalışır.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Çünki hazırkı mərhələdə mübarizənin ən ağır nəticəsi döyüş meydanından kənarda hiss olunur. Hörmüz boğazının bağlı qalması qlobal enerji axınını pozub. Neft qiymətləri yenidən kəskin yüksəlib.
Tramp çıxışında gərginliyin tezliklə aradan qalxacağını desə də, bazarlar onun sözlərini sabitlik yox, yeni eskalasiya siqnalı kimi oxuyub. İnvestorlar isə nitqdə nə aydın sülh planı, nə də real yol xəritəsi görə bilirlər.
Oxşar xəbərlər
ABŞ ordusunun Baş Qərargah rəisi istefa verdi
ABŞ Ordusunun Baş Qərargah rəisi vəzifəsində dəyişiklik baş verib. Pentaqon general Rendi Corcun istefaya göndərildiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, bu b...