ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
ABŞ-nin İrana endirdiyi hava zərbələrindən sonra Tehran və Məşhəd şəhərlərini birləşdirən dəmir yolu xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində dəmir yolu infrastrukturuna ziyan dəydiyi üçün hadisə yerinə təmir briqadaları göndərilib. Zədələnmiş hissələrin bərpası istiqamətində işlər aparılır.
Məlumatda qeyd olunur ki, sərnişinlərin mənzil başına çatdırılması üçün müvəqqəti alternativ nəqliyyat sxemi hazırlanıb. Belə ki, zədələnmiş dəmir yolu hissəsi avtomobil nəqliyyatı ilə keçilərək sərnişinlərin marşrut üzrə hərəkəti təmin ediləcək.
Railway bridge the U.S. struck in Golestan Provine, #Iran. It likely had intelligence it was used by #IRGCterrorists to transport weapons. pic.twitter.com/A2AWTa4eea
— Jason Brodsky (@JasonMBrodsky) July 9, 2026
Oxşar xəbərlər
İranın hücumu nəticəsində İordaniyada iki amerikalı hərbçi həlak olub
17 iyul tarixində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və tərəfdaş qüvvələr İranın ballistik raket və dron hücumlarından müdafiə olunarkən İordaniyada iki ABŞ hər...