ABŞ və İsrailin İranla bağlı hansı fikir ayrılıqları var?: Gərginlik yaradan məqamlar
Yeniliklərdən dərhal xəbərdar olun
"Dostum Prezident Trampa İsrail və ABŞ arasında olan əməkdaşlığa görə bir daha təşəkkür etmək istəyirəm. Birlikdə davam edəcəyik və Tanrının köməyi ilə missiyamızı yerinə yetirəcəyik".
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Belə alovlu təriflərə baxmayaraq, "Axios" portalı məlumat yayıb ki, Vaşinqton Administrasiyası İsrailin İranın yanacaq infrastrukturuna endirdiyi zərbələrdən narazıdır. Mənbələrin bildirdiyinə görə, ABŞ İsrailin ötən şənbə günü İranın 30 yanacaq anbarına zərbə endirəcəyini gözləmirdi. Hətta iddia edilir ki, bu vəziyyət müharibə başlayandan bəri müttəfiqlər arasında ilk ciddi fikir ayrılığıdır. Maraqlıdır, həqiqətən də belədir?
Yeri gəlmişkən, ABŞ-nin özündə də bəzi senatorların sözlərinə görə, Tramp hakimiyyətə gələndə demişdi ki, İranla müharibə olmayacaq. Lakin indi ölkə müharibəyə artıq girib. Yəni narazılıqlar var. Bəs indi nə etmək lazımdır? Axı Netanyahu dostu Trampın nüfuzunu da düşünməlidir.
Oxşar xəbərlər
BMT-nin Baş katibi Bakıda COP29-un yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 iqlim konfransının yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetir...