ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikası (ÇXR) ilə ABŞ hava və dəniz məkanında təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ÇXR Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.
Tərəflər arasında keçirilmiş danışıqlar bəyanatda "səmimi və konstruktiv" kimi dəyərləndirilib.
Qeyd edilir ki, görüş mayın 28-dən 29-dək Havay adalarında hərbi dəniz məsləhətləşmələri mexanizmi çərçivəsində keçirilib. Tərəflər yanlış hesablamalara yol verməmək və qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədilə insident risklərinin azaldılması və kommunikasiya kanallarının möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər.
Oxşar xəbərlər
"Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır
ABŞ və İran münaqişənin tam dayandırılması ilə bağlı danışıqlarda mümkün irəliləyişə yaxınlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomber...