ABŞ Prezidenti Britaniyanın Şimal dənizində neft hasilatından imtina etməsini dəlilik adlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Şimal dənizində neft hasilatından imtina etməsinin tamamilə dəlilik olduğunu bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
"Avropanın enerjiyə ehtiyacı var, bununla belə, Böyük Britaniya dünyanın ən böyük yataqlarından biri olan Şimal dənizində neft hasil etməkdən imtina edir. Faciəvidir!!!", - o yazıb.
Tramp qeyd edib ki, guya Norveç nefti, o cümlədən Böyük Britaniyaya ikiqat qiymətə sataraq əhəmiyyətli gəlir əldə edir.
"Onlar böyük sərvət qazanırlar. Şimal dənizində Norveçdən daha əlverişli mövqedə yerləşən Böyük Britaniya hasil etməlidir!!! Onların bunu etməməsi tamamilə dəlilikdir… Və daha heç bir külək elektrik stansiyası da olmasın!", - o əlavə edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...