ABŞ-nin vitse-prezidenti Şoltsla görüşməkdən imtina edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsla görüşməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, bu addım Ukrayna ilə potensial sülh sazişi səbəbindən transatlantik gərginliyin artdığı bir dövrdə, tədbirə ev sahibliyi edən ölkənin liderinə qarşı ciddi diplomatik iraddır.
"Bizim onu görməyə ehtiyacımız yoxdur, o, uzun müddət kansler olmayacaq", - deyə adının açıqlanmasını istəməyən keçmiş amerikalı məmur bildirib. O əlavə edib ki, Vens Münhendə Şoltsla görüşməyi planlaşdırmayıb.
Eyni zamanda, anonim bir alman məmur bu qərarın ölkəyə qarşı hörmətsizlik olduğunu deyib: "Mən Şoltsu sevmirəm, amma o, hələ də bizim kanslerimizdir". Onun sözlərin, ABŞ prezidenti Donald Trampın administrasiyası müttəfiqlərinə əhəmiyyət vermir.
Məlumdur ki, Vens Münhendə Almaniya prezidenti Frank-Valter Ştaynmayer, xarici işlər naziri Annalena Berbok və xüsusi tapşırıqlar üzrə nazir Volfqanq Şmidt ilə görüşməyi planlaşdırır.
Şərqi Avropanın yüksək vəzifəli diplomatlarından biri isə bunu "rüsvayçı uğursuzluq" adlandırıb və bildirib ki, Trampın komandası Almaniyanı Avropada güclü oyunçu kimi ciddi qəbul etmir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...