ABŞ-nin sərhədləri genişlənir? - Trampın paylaşdığı xəritə diqqət çəkdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Kanada, Meksika, habelə Qrenlandiyanın Amerika bayrağının rənglərinə boyandığı xəritə dərc edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,Tramp bu təsvirə hər hansı şərh əlavə etməyib.
Xəritədə həmçinin Mərkəzi Amerika, Karib hövzəsi regionunun bəzi ölkələri və İslandiya da ABŞ bayrağının rənglərinə boyanıb.
Amerika lideri keçmişdə dəfələrlə, xüsusən Kanadanın və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması imkanları barədə mülahizələr yürüdüb.
Bununla yanaşı, Tramp sosial şəbəkədə ABŞ-nin Nyu-Meksiko ştatının adının dəyişdirilərək "Nyu-Ametika" kimi göstərildiyi bir neçə xəritə də paylaşıb. ABŞ Prezidenti bundan əvvəl belə bir ad dəyişikliyini dəstəklədiyini bəyan etmişdi.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...