ABŞ-nin quru qoşunları naziri istefa verdi – Pentaqonda gərginlik
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Quru Qoşunları naziri Den Driskoll vəzifəsindən istefa verib.
BAKU.WS "The Wall Street Journal"a istinadən xəbər verir ki, (WSJ) Driskollun istefasının əsas səbəbi müdafiə naziri Pit Heqsetlə arasında uzun müddətdir davam edən fikir ayrılıqları olub.
Məlumata əsasən, tərəflər ABŞ Quru Qoşunlarının idarə olunması ilə bağlı bir sıra mühüm məsələlərdə ortaq mövqeyə gələ bilməyiblər. Xüsusilə orduda aparılan kadr dəyişiklikləri və bir sıra yüksək rütbəli zabitlərin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı yanaşmalar arasında ciddi fərqlərin olduğu bildirilir.
Driskollun yaxın günlərdə Pentaqondakı səlahiyyətlərini tam şəkildə təhvil verəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl "NBC" telekanalı Driskollun sentyabr ayında istefa verməyi planlaşdırdığını açıqlamışdı. Telekanalın məlumatına görə, Donald Tramp administrasiyası onun ən azı ilin sonunadək vəzifəsində qalmasını istəyirdi.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...