ABŞ-Meksika sərhədində patrul məntəqəsinə atəş açıldığı iddia edilir
Texas ştatında Meksika sərhədində qanunsuz miqrantların keçidi zamanı patrul xidmətində olan təhlükəsizlik qüvvələrinə atəş açıldığı iddia edilib.
BAKU.WS Fox News-a istinadən xəbər verir ki, qanunsuz miqrantların Meksika sərhədindəki Rio Grande çayından keçməyə çalışdığı bildirilib.
Sərhəddə patrul edən təhlükəsizlik qüvvələrinə atəş açıldığı və atəşi açanların Meksika kartel üzvləri olduğu iddia edilib.
Fox News-un müxbiri Bill Melugin sosial media hesabından paylaşım edərək bölgədəki təhlükəsizlik mənbələrindən əldə etdiyi məlumata əsasən, hadisədə xəsarət alan olmadığını bildirib.
Digər tərəfdən NBC News-un məlumatına görə, Texas İctimai Təhlükəsizlik Departamenti Meksika sərhədində təhlükəsizlik qüvvələrinə atəş açıldığını təsdiqləyib.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...