ABŞ-li professor türkiyəli tələbəyə görə aclıq aksiyasına BAŞLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Boston Universitetinin professoru Neitan Fillips həbsdə olan türkiyəli tələbə Rümeysa Öztürkə dəstək məqsədilə aclıq aksiyasına başlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o, otağının pəncərəsinə "Rümeysanı azad edin" plakatı asdığı üçün universitet rəhbərliyi ilə fikir ayrılığı yaşayıb və plakat endiriləndən sonra aclıq elan edib.
Fillips bildirib ki, Rümeysanın saxlanılması ifadə azadlığına və ədalətli mühakimə hüququna ziddir. O, həmçinin ABŞ universitetlərində fikir azadlığına qarşı artan təzyiqləri də tənqid edib və aclıq aksiyasını bu cür hallara etiraz olaraq davam etdirdiyini deyib.
Oxşar xəbərlər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin Urla və Karaburun rayonlarında 87 qanunsuz miqrant saxlanılıb. BAKU.WS xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Sahil Mühaf...