ABŞ İranla böyük müharibəyə yaxınlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranda iri hərbi əməliyyatın başlamasına bir çox amerikalının təsəvvür etdiyindən daha yaxındır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, hərbi əməliyyatlar çox yaxın vaxtda başlaya bilər. ABŞ özünün və müttəfiqlərinin əhəmiyyətli qüvvələrini cəlb etməklə Venesueladakından daha böyük əməliyyat həyata keçirəcək.
Mümkün əməliyyat öz miqyası baxımından böyük müharibəni xatırladacaq, o Yaxın Şərqdə yerləşdirilmiş aviadaşıyıcıları, döyüş gəmilərini, yüzlərlə qırıcını və hava hücumundan müdafiə sistemlərini əhatə edəcək.
Ekspertlərin qiymətləndirməsinə görə, amerikalı və israilli hərbçilər birgə genişmiqyaslı əməliyyat keçirə bilər, bu isə regiona ciddi təsir göstərəcək və beynəlxalq səhnədə əsas hadisəyə çevriləcək.
Gərginliyin artması iqtisadiyyatda da öz əksini tapır: ekspertlərin fikrincə, ABŞ və İran arasında mümkün hərbi toqquşma barədə xəbərlərə cavab olaraq neft qiymətləri əhəmiyyətli dərəcədə artıb, çünki mühüm dəniz yolları vasitəsilə təchizatda fasilələrin yaranması riski bazarlarda qeyri-müəyyənliyi gücləndirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...