ABŞ İran ərazisində hərbi əməliyyatların başa çatdığını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində həyata keçirilən hərbi əməliyyatların başa çatdığını bəyan edib.
BAKU.WS xəbər verir ki, CENTCOM-un yaydığı açıqlamaya əsasən, əməliyyatlar ABŞ Prezidenti Donald Trampın göstərişi ilə iyunun 10-da başladılıb və İranın müxtəlif bölgələrində yerləşən hərbi hədəfləri əhatə edib.
Bildirilib ki, zərbələr zamanı İranın hərbi müşahidə imkanları, rabitə sistemləri və hava hücumundan müdafiə obyektləri hədəfə alınıb.
Əməliyyatda ABŞ Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları iştirak edib. Məlumata görə, bölgədə ABŞ qüvvələri və beynəlxalq ticarət gəmiləri üçün təhlükə yaratdığı iddia edilən hədəflərə yüksək dəqiqlikli sursatlarla zərbələr endirilib.
CENTCOM əməliyyatların İranın "davam edən hücumlarına cavab olaraq özünümüdafiə məqsədilə" həyata keçirildiyini vurğulayıb və ABŞ qüvvələrinin bölgədə yüksək hazırlıq vəziyyətində qaldığını bildirib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...