ABŞ-İran danışıqlarında ciddi irəliləyiş əldə olunub - Cey Di Vens
İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında mühüm nəticələr əldə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.
Onun sözlərinə görə, tərəflər qısa müddət ərzində əhəmiyyətli irəliləyişə nail olublar və yaxın vaxtlarda daha mühüm nəticələrin əldə ediləcəyinə ümid var.
Vens bildirib ki, İranın nüvə proqramı ilə bağlı proses yekun mərhələyə yaxınlaşır və Hörmüz boğazının açılması istiqamətində də müsbət dinamika müşahidə olunur. O vurğulayıb ki, Prezident Donald Tramp administrasiyasının əsas məqsədi Yaxın Şərqdəki mürəkkəb problemləri diplomatik yollarla həll etməkdir.
ABŞ rəsmisi danışıqların hazırkı mərhələyə çatmasında Qətərin mühüm vasitəçilik rolunu da xüsusi qeyd edib.
Cey Di Vens Livandakı vəziyyətə də toxunaraq son günlər atəşkəsin qorunması istiqamətində ciddi irəliləyişlərin qeydə alındığını bildirib. O, prosesdən məmnun olduqlarını desə də, görüləcək işlərin hələ çox olduğunu vurğulayıb.
Vitse-prezident əlavə edib ki, İsveçrənin Bürgenstok şəhərində keçirilən görüşlər bütün fikir ayrılıqlarını birdəfəlik aradan qaldırmayacaq. Bununla belə, danışıqlar tərəflərə prioritet məsələləri müəyyənləşdirərək onların həlli istiqamətində birgə fəaliyyət göstərmək imkanı yaradır.
Onun sözlərinə görə, bu görüşlər ABŞ və İran nümayəndələrinin komanda şəklində bir araya gələrək gələcək əməkdaşlıq və sabitlik üçün vacib məsələləri müzakirə etməsi baxımından əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. BAKU.WS "Report"a istinadən xəbər verir k...