ABŞ-dən 11 sentyabr terror aktlarının qurbanları ilə bağlı kobud səhv

ABŞ Məxfi Xidməti "X" sosial şəbəkəsində səhvən "Əl-Qaidə" yaraqlılarını 2001-ci il 11 sentyabr terror aktının qurbanları siyahısına salaraq yad edib.
BAKU.WS xəbər verir ki, mətndə əvvəlcə təşkilatın mənzil-qərargahında asılmış bayrağın 11 sentyabr faciəli hadisələrini xatırlatdığı bildirilib.
Yazıda 2996 qurban göstərilib, bu siyahıya 19 terrorçunun adı salınıb. Bu da şərhlərdə hiddətə səbəb olub.
Mətn sonradan silinib və şöbə bu səhvə görə üzr istəyən yeni yazı dərc edib. Onlar etiraf ediblər ki, terrorçular səhvən 2996 qurban sırasına daxil edilib.
Xatırladaq ki, 23 il əvvəl ABŞ-də "Əl-Qaidə" terror təşkilatının üzvləri koordinasiyalı ardıcıl dörd terror aktı həyata keçirib. Sentyabrın 11-də səhər saatlarında dörd terrorçu qrupu 4 sərnişin təyyarəsini qaçırıb. Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin göydələnlərinə iki təyyarə çırpılıb. Nəticədə içərisində mülki şəxslərin olduğu iki qüllə uçub. Üçüncü təyyarə Vaşinqton yaxınlığında yerləşən Pentaqonun binasına göndərilib, dördüncü təyyarə isə Pensilvaniya ştatının Şenksvill yaxınlığındakı sahəyə çırpılıb.

Oxşar xəbərlər
Avropa ölkələrində elektrik kollapsı - Milyonlarla insan işıqsız qaldı
İspaniya, Portuqaliya, Fransanın bəzi bölgələri və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Avropanın enerji sistemində yaranan ciddi nasa...