ABŞ-də tələbələrin viza ləğvi dayandırıldı

ABŞ-də tələbələrin viza ləğvi dayandırıldı
Dünya 64

ABŞ-nin Oreqon ştatında məhkəmə vizası ləğv edilmiş iki beynəlxalq tələbənin hüquqi statusunun bərpa olunması üçün viza ləğvini müvəqqəti olaraq dayandırıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Oreqon Dövlət Universitetində təhsil alan iki magistr tələbəsi bu ayın əvvəlində viza ləğvi qərarına qarşı məhkəməyə müraciət edib. ABŞ Federal Hakimi Maykl MakŞeyn tələbələrin müraciəti əsasında 14 günlük müvəqqəti müdafiə qərarı verib.

Hakim MakŞeyn ABŞ Göç və Gömrük Mühafizə Xidmətinin (ICE) tələbələrin hüquqi statusunu hansı qaydalara əsasən ləğv etdiyini sorğulayaraq bildirib: "Bu cür prosedurların qanuniliyini müəyyən edən qaydalar olmalıdır. ICE burada hansı tənzimləməni tətbiq edir?"

Daxili Təhlükəsizlik Nazirliyini təmsil edən köməkçi prokuror Patrik J. Konti isə məsələ ilə bağlı bütün məlumatların toplanmasına kifayət qədər vaxt olmadığını, tələbələrin isə hələ bərpa olunmaz bir zərərlə üzləşmədiyini qeyd edib.

Son xəbərlər