ABŞ-də "qara cümə" günü ticarət mərkəzində atışma baş verib, yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin cənubundakı Litl-Rok şəhərində (Arkanzas ştatı - Qeyd) "qara cümə" günü ticarət mərkəzində atışma baş verib.
Report xəbər verir ki, bu barədə polisə istinadən ABC News məlumat yayıb.
Hadisə yerli vaxtla 13:44 radələrində "Park Plaza" ticarət mərkəzində qeydə alınıb.
Qeyd olunub ki, polis hadisə yerində güllə yarası alan üç nəfər aşkarlayıb. İlkin məlumatlara görə, xəsarətlər alanların həyati təhlükəsi yoxdur.
Litl-Rok şəhərinin meri Frenk Skot hadisədən sonra iki nəfərin şəhər sakinlərinin rifahını riskə atdığına dair bir açıqlama verib.
Oxşar xəbərlər
Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib
Avropa İttifaqı (Aİ) və Kanada iqtisadi inteqrasiyanı dərinləşdirmək, təhlükəsizliyi möhkəmləndirmək və strateji sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə...