ABŞ-də Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifədən azad edilib

ABŞ-də Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifədən azad edilib
Dünya 951

ABŞ-də Milli Təhlükəsizlik Agentliyinin (NSA) direktoru general Tim Hou vəzifədən azad edilib.

BAKU.WS xəbər verir ki, "Washington Post"un adı açıqlanmayan üç rəsmi şəxsə istinadən yaydığı xəbərə görə, onunla yanaşı müavini Vendi Noble də vəzifədən çıxarılıb.

ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü, demokrat senator Mark Warner bu qərara sərt reaksiya verərək bildirib: "ABŞ misli görünməmiş kibertəhdidlərlə üz-üzəykən, (Hou kimi) bir rəhbəri vəzifədən almaq amerikalıların təhlükəsizliyini necə təmin edəcək?"

Amerika mediasında yayılan digər xəbərlərdə isə prezident Donald Trampın dünən sağçı fəal Laura Lumer ilə Oval ofisdə görüşməsinin bu qərarda rol oynadığı qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni yaranan planet aşkarlandı

Yeni yaranan planet aşkarlandı

Astronomlar bir milyon ildən də az yaşı olan və Yupiter ölçüsündə yeni yaranan planet aşkarlayıblar. Elias 2-24 b adlandırılan bu səma cisminin olduqca gənc olm...

62 Dünya 22:47 23 sentyabr 2026

Son xəbərlər