ABŞ-də bir gündə 500-dən çox qanunsuz miqrant saxlanıldı
ABŞ hökuməti bir gündə 538 sənədsiz miqrantın saxlanıldığını, 373 nəfər üçün isə nəzarət qərarı çıxarıldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Ağ Evin sosial media platforması X üzərindən verdiyi məlumata görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsi (ICE) tərəfindən ölkənin müxtəlif bölgələrində əməliyyatlar keçirilib.
Açıqlamada qeyd edilib ki, bu tədbirlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının sərhədlərin təhlükəsizliyini təmin etmək üçün atacağı addımların yalnız kiçik bir hissəsidir.
Saxlanılan şəxslərdən bəzilərinin adları və törətdikləri cinayətlər "nümunə" olaraq X platformasında paylaşılıb.
Əməliyyatın keçirildiyi Newark şəhərinin meri Ras Baraka məsələyə münasibət bildirərək bu addımı "dəhşətli" adlandırıb və belə bir hadisəyə biganə qalmayacaqlarını vurğulayıb. Baraka saxlanılan şəxslərdən birinin ABŞ qazisi olduğunu da xüsusi qeyd edib.
Miqrant əməliyyatları ABŞ-də qanunsuz immiqrasiya ilə mübarizə tədbirlərinin bir hissəsi olaraq diqqət mərkəzindədir.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...