"Flydubai" təyyarəsində ŞOK olay: Pilot təyyarəni qəzaya uğratmaq istəyib?
Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsində pilotlar arasında baş verən davanın səbəbi açıqlanıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İsrailin 14-cü kanalının məlumatına görə, ekipaj üzvlərindən biri təyyarəni qaçıraraq göyərtədəki təxminən 180 nəfərlə birlikdə qəzaya uğratmağa cəhd edib.
Məlumata görə, komandir pilot buna mane olmağa çalışıb və bıçaq xəsarətləri alıb. Daha sonra sərnişinlər və xidmətdə olmayan digər pilot ona kömək ediblər.
Dava zamanı pilotlardan biri 7500 və 7700 kodlarını göndərib. Bu siqnallar müvafiq olaraq təyyarənin ələ keçirilməsi və fövqəladə vəziyyət anlamına gəlir.
Təyyarə daha sonra Səudiyyə Ərəbistanının Tabuk şəhərinə eniş edib.
Qeyd edək ki, hadisə zamanı pilotlardan birinin həlak ola biləcəyi barədə də məlumat yayılmışdı.
Oxşar xəbərlər
"Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb
"Flydubai" aviaşirkəti Dubaydan Təl-Əvivə gedən təyyarənin göyərtəsindəki insidentin araşdırılması başa çatanadək İsrailə uçuşları dayandırıb. BAKU.WS xəbər ver...