Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər ələ keçdi

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər ələ keçdi
Video
Hadisə 55

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirlərlə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıb.

Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər