ABŞ-də 7 maqnitudada zəlzələ olub, sunami xəbərdarlığı edilib
ABŞ-də 7 maqnitudada zəlzələ olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii hadisə Kaliforniya ştatında qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Kaliforniya sahillərində baş verən 7 bal gücündə zəlzələdən sonra ABŞ-də sunami xəbərdarlığı edilib.
NOAA Sunami Xəbərdarlığı Mərkəzinin məlumatına görə, xəbərdarlıq Kaliforniya və Oreqon ştatlarının sahil zolağının bəzi hissələri üçün qüvvədədir.
Oxşar xəbərlər
İran ABŞ-yə məxsus daha bir C-130 təyyarəsinin vurulduğunu açıqladı
İran ABŞ Silahlı Qüvvələrinə aid ikinci C-130 hərbi nəqliyyat təyyarəsinin vurulduğunu iddia edib. BAKU.WS-in "Tasnim" agentliyinə istinadən verdiyi məlumata gö...