ABŞ-də 10 il sonra ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb
ABŞ-nin Texas ştatında bir uşaq qızılca xəstəliyindən ölüb. Bu, ölkədə 2015-ci ildən sonra qızılcadan qeydə alınan ilk ölüm hadisəsidir.
BAKU.WS xəbər verir ki, xarici medianın məlumata görə, dünyasını dəyişən uşağın qızılcaya qarşı peyvənd olunmadığı bildirilir.
Fevral ayının əvvəlindən etibarən Texasda ən azı 124 nəfərin qızılcaya yoluxduğu, onlardan yalnız 5-nin peyvənd olunduğu və xəstələrin əksəriyyətinin uşaqlar olduğu qeyd edilib.
ABŞ-nin New Mexico ştatında isə indiyə qədər 9 qızılca hadisəsi aşkar edilib.
Qeyd edək ki, ölkədə qızılcadan ölüm sonuncu dəfə 2015-ci ildə bir qadının həyatını itirməsi ilə qeydə alınıb. Uşaqlar arasında isə bu xəstəlikdən ölüm hadisəsi sonuncu dəfə 2003-cü ildə baş verib.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...